Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Çinin texnologiya nəhəngi "Xiaomi" 2026-cı ilin üçüncü rübündə maliyyə göstəricilərində ciddi geriləmə ilə üzləşib.
Banco.az xəbər verir ki, şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 56,8% azalaraq 4,8 milyard yuana (720 milyon dollar) düşüb.
Hesabat dövründə Xiaomi-nin gəliri də 5,2% azalaraq 107,2 milyard yuan (16 milyard dollar) təşkil edib.
Mənfəətin azalmasına yaddaş çiplərinin bahalaşması, elektrikli avtomobil satışlarının zəifləməsi və bazarda rəqabətin güclənməsi təsir göstərib.
Şirkət eyni zamanda süni intellekt sahəsinə investisiyalarını artırdığını və əsas texnologiyalar üzrə imkanlarını genişləndirməyə çalışdığını bildirib.