Xidmət hərrac keçirdi 2 min 800 manatlıq Kamaz 10 min 500 manata satıldı

15.01.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 6 lot üzrə 109 nəqliyyat vasitəsi satılıb.

Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, hərrac rəqabətli keçib: “Belə ki, start qiyməti 2.800 manat olan “KAMAZ 6520” markalı avtomobil 10.500 manata satılıb."

Cari ay ərzində növbəti hərraclar 28 və 30 yanvar tarixlərində keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью