“Xidmət müqaviləsi” altında böyük fırıldaqlar olur Hüquqşünasdan XƏBƏRDARLIQ | Icma.az
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son illər vətəndaş müraciətlərindən aydın olur ki, dələduzluq cinayətləri yeni formalar alaraq mülki münasibətlər görüntüsü altında həyata keçirilir.
"Klassik dələduzluq sxemlərində şəxs özünü təqdim edir, nəyisə etməyi vəd edir, etibar qazandıqdan sonra pul alır və öhdəliyini yerinə yetirmir.
Bu halda cinayət hüquqi qiymətləndirilməsi asan olur və cinayət təqibi sürətlə başlayır".
Milli.Az xəbər verir ki, bunu hüquqşünas Bəhruz Orucov deyib. Onun sözlərinə görə, indi daha mürəkkəb metodlardan istifadə edilir.
Şəxslər əvvəlcə kommersiya qurumu təsis edir, fəaliyyətini "xaricdə təhsil", "mənzil təmiri", "mühasibat xidmətləri" və s.
adı ilə rəsmiləşdirirlər: "Vətəndaşla yazılı müqavilə bağlanır.
Müqavilədə göstərilən xidmətlərin bir qismi faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan və ya yerinə yetirilməsi əvvəlcədən nəzərdə tutulmayan öhdəliklərdən ibarət olur.
Tam oxu
Xəbəri oxu