Xidmət rəisi dəyişdi Yeni TƏYİNAT

16.01.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsi müvəqqəti olaraq Xaliq Mirzəyevə həvalə edilib.  

Modern.az-ın məlumatına görə, bu barədə ETSN-in mətbuat katibi İradə İbrahimova məlumat verib.

Bu təyinata qədər X.Mirzəyev  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Firuddin Əliyev Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью