Xidmət rəisi işdən çıxarıldı

18.05.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti” Publik Hüquqi Şəxsinin rəisi vəzifəsindən azad edilib.

Bakıvaxtı.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq Əmri ilə Xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb.

Bildirilb ki, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsləri barəsində araşdırmalara başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью