Xidmətçi işlədiyi evdən oğurluq etdi

09.12.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq olub.

Bakıvaxtı.az xəbər verir ki, polisə müraciət edən ev sahibi dekabrın 7-də evdən pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən həmin evdə xidmətçi işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı qadın saxlanılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью