Xidməti avtomobili nasazlanan kimi maaşı kəsildi ŞİKAYƏT (VİDEO)

02.02.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məişət tullantıları daşıyan xidməti avtomobilin nasazlanması sürücüyə baha başa gəlib.

Ucar Rayon Kommunal Müəssisələri Kombinatının əməkdaşı İsa Dünyamalıyev üzləşdiyi vəziyyətdən şikayətçidir. O bildirir ki, 6 ildir adıçəkilən müəssisədə sürücü vəzifəsində çalışır. Bu illər ərzində məişət tullantıları daşıyan xidməti avtomobilində yaranan xırda nasazlıqları dəfələrlə öz vəsaiti hesabına aradan qaldırıb. Hazırda maşın yenə nasazlanıb. Onun isə maaşı kəsilib.

Onun sözlərinə görə, təxminən 1 ay əvvəl avtomobilin mühərrik hissəsində nasazlıq hiss edib və bu barədə müəssisənin müdiri Asəm Kərimova məlumat verib. 

Ucar Rayon Kommunal Müəssisələri Kombinatının rəisi isə məsələyə belə münasibət bildirdi.

O da qeyd edilib ki, maşının mühərriki sökülüb. Hazırda lazımi ehtiyat hissələrinin siyahısı tutulur. Ehtiyat hissələri ilə təmin ediləndən sonra avtomobil təmir olunub işə cəlb ediləcək.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью