Xidməti it avtomobildə gizlədilmiş külli miqdarda pulu aşkarladı

20.05.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyada mülki qvardiyaya məxsus xidməti it avtomobildə gizlədilmiş 195 min avro pulu aşkarlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Albasete əyalətində A-31 yolunun  Çinçilya-de-Montearaqon rayonu ərazisindən keçən hissəsində baş verib.

Pullar ukraynalıya məxsus avtomobilin oturacaqlarının altında gizlədilibmiş. Ukraynalı həbs edilib, pullar isə müsadirə olunub.

Qeyd edək ki, İspaniya qanunlarına əsasən şəxs üzərində maksimum 100 min avro nağd pul gəzdirə bilər.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью