Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbihəkim komissiyasının müayinəsinə göndərilməyəcək

10.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью