XII Qlobal Bakı Forumu: Dünyanın yeni çağırışları və beynəlxalq əməkdaşlıq

19.03.2025

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bakıda keçirilən XII Qlobal Bakı Forumu, şübhəsiz ki, artıq dünyada nüfuz qazanmış bir formatdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.
Politoloq bildirib ki, bu forum çərçivəsində zaman-zaman Bakıda dünyanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri, eləcə də fəaliyyətdə olan və keçmiş dövlət rəhbərləri, siyasətçilər, dövlət xadimləri, araşdırma mərkəzlərinin təmsilçiləri bir araya gəlir:
“Forum, dövrümüzün çağırışlarına uyğun olaraq vacib və aktual məsələləri müzakirə edir və bu il də istisna olmadı. Xüsusilə nəzərə alsaq ki, hazırkı forum dünyanın yeni çağırışlarla üzləşdiyi bir dövrdə keçirilir.
Hazırda dünya siyasətində olduqca önəmli hadisələr baş verir. 80 ildən bəri mövcud olan dünya düzənində ciddi dəyişikliklər müşahidə olunur və təhlükəsizliklə bağlı yeni arxitekturların formalaşdığı bir dövrü yaşayırıq. Bu baxımdan Forumun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu, tədbirin formatı, iştirakçılarının sayı və keyfiyyəti baxımından olduqca əhəmiyyətlidir. Bu forum, Azərbaycanın aktivinə yazılacaq mühüm beynəlxalq tədbirlərdən biri kimi dəyərləndirilməlidir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью