XIII tur Kəpəzin futbolçusu üçün əlamətdar olub

13.11.2024

Icma.az bildirir, Apasport portalına istinadən.

Misli Premyer Liqasının XIII turunda baş tutan "Kəpəz" - "Sabah" görüşü (2:2) Gəncə təmsilçisinin futbolçusu Orxan Əliyev üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu "sarı-göylər"in heyətində 50-ci çempionat matçına çıxıb.

Bu oyunlarda 6 qol vuran O.Əliyevin məhsuldar zərbələrinin yarısı cari mövsümə təsadüf edib. Hücumçu daha əvvəl "Neftçi" ilə görüşdə dubla imza atıb.

Qeyd edək ki, "Kəpəz" hazırda turnir cədvəlində 7 xalla 10-cu yerdə qərarlaşıb.

Neymar sabiq komandasına dönür? - Klub prezidenti açıqladı Ronaldinyo Bakıya gəlib Ten Haqa İtaliyadan müştəri Arda Gülər "Fənərbaxça"ya qayıtmaq istəyir Böyükağa Ağayev: "Qarabağ"ın qələbəsi çox çətin oldu"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью