Xilas olmaq üçün özünü suya atdı, öldü

18.08.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kanalda batan balıqçı Ağdaşda tapılıb.

Axar.az xəbər verir ki, Yevlax rayonu, Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Tofiq Qaçay oğlu Süleymanov balıq tutmaq məqsədilə "Yuxarı Şirvan" kanalında qayıqla üzərkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görüb özünü suya atıb.

Nəticədə balıqçı ölüb, meyiti kanalın Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью