“Xilasedici Belçika təmsilçisinə məğlub olub FOTO

09.12.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçika təmsilçisi "Lindemans"ı qəbul edən Azərbaycan klubu 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub.

Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.

Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan "Xilasedici" bu raundda Rumıniyanın "Steaua" klubuna qalib gələrək 1/16 finala yüksəlib.

"Abşeron" "Azərreyl" ilə üz-üzə gələcək "Milli Aviasiya Akademiyası" "Murov Az Terminal"la üz-üzə gələcək Yüksək Liqanın V turunun oyunları eyni gündə baş tutub Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat verib Yüksək Liqa: V tura start verilir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью