Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2020-ci il noyabrın 29-da keçirilən Bəhreyn mərhələsinin 1-ci dövrəsində müasir “Formula-1” tarixinin ən dramatik qəzalarından biri baş verdi.
"Football-plus.az" xatırladır ki, onda “Haas”ın şərəfini qoruyan Roman Qrojanın qəzadan sağ çıxması, yalnız hər iki əlinin çöl hissəsinin yanması möcüzə idi.
Ancaq bunu da qeyd etmək lazımdı ki, həmin hadisə təhlükəsizlik məsələlərinə maksimum diqqət yetirən FİA ilə “Formula-1”in getdiyi yolun doğru olduğunu göstərdi.Fransalı pilot srağagün sosial şəbəkə hesabında beş il əvvəl Bəhreyndə trassa çıxdığı yanmış dəbilqəsinin şəklini paylaşıb.
Romanın yazdığına görə, uşaqları bir dəbilqənin hətta belə qorxunc qəzada da adamı necə qoruya bilməsi ilə ciddi maraqlanır: “2020-ci il noyabrın 29-da baş verən qəzadan beş il sonra yenidən yarış dəbilqəmi aldım.
Onu bir daha görməyə hazır olub-olmadığımı bilmirdim. Ancaq uşaqlarım alovdan necə belə yaxşı müdafiə olunmağım və həmin gecə yaşananlar ilə
Həmin anda belə yaxşı qorunduğuma görə “Bell” və “Alpinestars” şirkətlərinə daim minnətdar olacam. Həyat davam edir, çox şey unudulur.
Ancaq bütün bunlar bizə hər yaşanan günə yüksək dəyər verməli olduğumuzu xatırladır”.Roman paylaşdığı şəkil cəmi yarım gün ərzində yüzminlərlə baxış toplayıb.