Xilaskar məşqçi qovuldu Bu, ayıbdır

30.06.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın "Sampdoriya" klubunun rəhbərliyi komandanın baş məşqçisi Alberiko Evanini istefaya göndərmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Evani "Sampdoriya"nı bu ilin aprelində təhvil alıb. Onun rəhbərliyi altında komanda 8 oyun keçirib, 4-də qalib gəlib, 3-də heç-heçə edib, yalnız 1-də uduzub. Evani "Salernitana" ilə pley-off matçında komandanı C Seriyasına düşməkdən xilas edə bilib.

Məşqçi açıqlamasında qovulması ilə bağlı verilən qərarı səhv adlandırıb: "Salernitana" üzərində qələbələr dönüş nöqtəsi ola bilərdi, lakin bunun əvəzinə klub tamamilə fərqli bir yol seçdi. Bu, ayıbdır. Amma oyunçuların və azarkeşlərin dediklərindən qürur duyuram".

Qeyd edək ki, "Sampdoriya" son 10 ayda 4 məşqçi dəyişib.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью