Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
24 aprel 2025-ci il tarixdə YAP Masallı rayon təşkilatı Masallı Tarix-Diyarşünaslıq Muzeyində Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə “Xilaskar Ordunun Müzəffər Ali Baş Komandanı” mövzusunda qazi və müharibə veteranlarının iştirakı ilə tədbir keçirmişdir.
Tədbiri YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.
Ordu sahəsində ən böyük uğurlardan biri o oldu ki, Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu.
Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.
Ali Baş Komandanımızın qətiyyəti və müdrikliyi sayəsində, beynəlxalq arenada da haqlı səsimiz ucaldı.
Dünyaya sübut etdik ki, Azərbaycan haqqı, ədaləti və beynəlxalq hüququ bərpa etmək gücündədir.