Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Meksika millisinin futbolçusu Xilberto Mora dünya çempionatlarının tarixinə düşüb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, o, mundialların pley-off mərhələsində start heyətində meydana çıxan 2-ci ən gənc oyunçu olub.
Mora bu nəticəyə DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində Ekvadoru yendikləri matçda (2:0) imza atıb. Mexiko stadionunda keçirilən görüşə Start "11-lik"də başlayan və 58 dəqiqə mübarizə aparan Xilberto 17 yaş 259 günlük olub.
DÇ-lər tarixində ondan daha gənc yaşda pley-off oyununa çıxan futbolçu isə Peledir. Braziliyalı əfsanə DÇ-1958-də Uelsə qarşı 17 yaş 239 günlüyündə top qovub.
Qeyd edək ki, Meksika 1/8 finalda İngiltərə – Konqo DR matçının qalibi ilə üz-üzə gələcək.
Toğrul