XİN: Astara Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər var

24.04.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Astara terminalının yenilənməsi və körpü qurulması üzrə işlər başa çatmaqdadır".

Bu fikirləri Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsinin ardından təşkil edilən sual-cavab zamanı söyləyib.

Natiqin sözlərinə görə, hazırda ölkəmizin təşviq etdiyi önəmli nəqliyyat şəbəkəsi Transxəzər
marşrutudur:

“Təbii ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi başqa bir təşviq istiqamətidir. Astara terminalındakı yenilənmə və körpünün qurulması başa çatır. Astara-Rəşt yolunun inşasına maliyyə ayrılmasında xırda problemlər mövcuddur. Hazırda danışıqlar aparılmaqdadır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью