XİN Avropa Şurasının rəyini qərəzli adlandırdı | Icma.az
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına fəal və məsuliyyətli tərəf kimi və bütün dünyada etnik, mədəni, dil və dini tolerantlığın və etimadın təşviqi fəaliyyətləri ilə çox yaxşı tanınan ölkə olaraq monitorinqin beşinci dövrü ərzində Çərçivə Konvensiyasının Məşvərət Komitəsi ilə yaxından əməkdaşlıq edib.
Bu dövr üzrə hesabat təqdim edildikdən sonra Komitənin nümayəndə heyəti Azərbaycana səfər edib, çoxsaylı aidiyyəti dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, regionlarda milli azlıqların nümayəndələri ilə görüşüb və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında və milli azlıqların QHT-ləri ilə görüşlər keçirib.
XİN-dən “Ölkə.az”a verilən məlumata görə, 18 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvərət Komitəsinin Beşinci Rəyində konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur.
Rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməyib və onlara etinasız yanaşılıb: “Bundan əlavə, 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasiləşdirilmiş iddialar beşinci monitorinq dövrünün müddətinin çərçivəsindən kənara çıxır.
Azərbaycanın Beşinci Dövlət Hesabatında 2017-2022-ci illər üzrə müddətə aid müvafiq məlumatların yer alması, habelə davam edən hərbi işğal və Azərbaycan Respublikasının erməni əsilli şəxslərin yaşadığı ərazilər üzərində qanuni suveren nəzarətinin olmamasına görə konvensiyanın hesabatın əhatə etdiyi dövr ərzində həyata keçirilə bilmədiyinə dair qeydlərin həmin hesabatda əksini tapması, Məşvərət Komitəsinin sözügedən iddialarının konvensiyanın konkret müddət çərçivəsində icrasını qiymətləndirmək üçün verilən mandatdan kənara çıxdığını göstərir.
Azərbaycan ərazilərinin bir hissəsində, bu ərazilərdə suveren nəzarətin həyata keçirilməsinə və oradakı erməni əsilli şəxslərə münasibətdə Çərçivə Konvensiyasının müddəalarının tam tətbiqinə mane olan hərbi işğalın aradan qaldırılmasının ardınca post-münaqişə dövrü üçün nəzərdə tutulan həssas səylərin planlaşdırma mərhələsində olduğu bir məqamda Məşvərət Komitəsi mühakimə yürütməyə tələsməməli və kifayət qədər kövrək olan prosesə əngəl törətməmək məqsədilə lazımi qədər ehtiyatlı davranmalı idi.
Komitənin öz qiymətləndirməsinin əhatə dairəsini ona tapşırılan müddət çərçivəsindən birtərəfli qaydada kənara çıxararaq siyasi motivli və qərəzli yanaşmadan xəbər verən fərqli yol tutması təəssüf doğurur.
Tam oxu
Xəbəri oxu