XİN: Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır

27.11.2024

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır və bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağını gözləyir.
Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb: "Biz münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Azərbaycan 132 ölkə tərəfindən təsdiq edilmiş "COP29 naminə Birgə Atəşkəs Çağırışı"nın təşəbbüskarı kimi bütün tərəfləri atəşkəs rejiminə riayət etməyə və problemləri aradan qaldırmağa çağırır".

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью