XİN: Azərbaycanda 2020 ci ildən bəri 433 nəfər mina qurbanı olub

03.08.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi nəticəsində 433 nəfər zərərçəkən olub.

"AzPolitika" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım olunub.

Bildirilib ki, növbəti mina partlayışı nəticəsində Azərbaycanın iki vətəndaşı ağır yaralanıb:

"Bu faciə minaların hələ də yaratdığı ağır humanitar nəticələri və günahsız insanların hər gün üzləşdiyi təhlükələri bir daha xatırladır. Minalardan təmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunmasının əsas şərtidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью