XİN Azərbaycanın Sülh naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş seminar keçirir

05.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar keçirir.

"Report"un məlumatına görə, seminarda XİN-in gənc diplomatları iştirak edir.

Seminar çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının müasir beynəlxalq münasibətlərdə diplomatiyanın həyata keçirilməsinə gətirdiyi dəyişikliklər, İKT-dən istifadənin riskləri və fürsətləri müzakirə olunacaq.
Tədbir zamanı, həmçinin, gənc diplomatlar kibertəhlükəsizlik və dezinformasiya problemləri, onların qarşısının alınması istiqamətində istifadə olunan metodlar, habelə beynəlxalq münasibətlər sistemində mövcud çağırışlarla mübarizədə cavab tədbirlərinin görülməsi yollarına yiyələnəcəklər.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью