XİN BƏƏ nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib

07.04.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

Ölkə.az xəbər verir ki, XİN bu barədə "X" hesabında yazıb.

"Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır", - məlumatda bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью