XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

10.06.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pekin, 10 iyun, AZƏRTAC

Çinin Xarici İşlər Nazirliyi (XİN) tərəfləri İranda ən qısa müddətdə tam atəşkəs elan etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Çin XİN-in rəsmisi Lin Cien media brifinqdə ölkəsinin İrandakı mövcud vəziyyətdən dərin narahatlıq keçirdiyini deyib.

“Tərəflər sakit və təmkinli olmalı, münaqişəni və gərginliyi dayandırmalı, vəziyyəti normallaşdırmaq üçün konkret tədbirlər görməlidir”, - deyə o bildirib.

Lin Cien əlavə edib ki, tərəflər mübahisələri siyasi və diplomatik vasitələrlə həll etməkdə israrlı olmalı, ən qısa müddətdə hərtərəfli və davamlı atəşkəs üçün çalışmalıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью