XİN: Çin ticarət müharibəsindən geri çəkilməyəcək

10.04.2025

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin ticarət və rüsum müharibəsindən geri çəkilməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien qurumun gündəlik brifinqində deyib.

Lin Cien ABŞ-ın Çin mallarına olan idxal rüsumlarını artırması ilə bağlı məsələyə münasibət bildirərkən deyib: “Çin ticarət və tarif müharibələri aparmaq istəmir, lakin bu müharibədən geri çəkilməyəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq olunan idxal rüsumlarını aprelin 9-dan 125 faizə qaldırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью