XİN dən Ballıqaya qətliamı ilə bağlı çağırış

28.08.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

"28 avqust - Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 34-cü ildönümüdür. Ballıqayada həlak olan günahsız insanların xatirəsini dərin ehtiramla yad edir, törədilmiş insanlıq əleyhinə cinayətlərin hüquqi qiymət almasının və günahkarların ədalət qarşısında cavab verməsinin vacibliyini bir daha vurğulayırıq", - paylaşımda qeyd olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью