XİN diplomatik əlaqələrin 30 illiyi münasibətilə Litvanı təbrik edib

20.11.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Litvanı təbrik edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım olunub.

"Bu gün Azərbaycan və Litva arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Litva Hökumətinə və xalqına ən səmimi təbriklərimizi çatdırırıq", - paylaşımda qeyd edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью