Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş naziri arasında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilmiş görüşün yekunlarına dair mətbuat məlumatında bildirilib.