Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənistan ixracını Avropa İttifaqına yönləndirməyə çalışır, lakin nikbin bəyanatlara baxmayaraq, daşınmaların həcmi minimaldır”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mikael Ağasandyan “RİA Novosti” agentliyinə bildirib.
"Ermənistan mallarının ixrac axınını digər bazarlara, xüsusən də Qərbə yönləndirmək üçün şübhəsiz ki, bir cəhd var", - Ağasandyan bildirib.
Departament direktoru qeyd edib ki, bununla yanaşı, məhsul təhlükəsizliyini təmin etmək üçün effektiv və sistemli tədbirlərin görülməsinə ehtiyacı var.
"Avropa İttifaqının da sanitar və fitosanitar tələbləri var. Onlar bizimkindən bir qədər fərqlidir və nikbin bəyanatlara baxmayaraq, Ermənistandan Aİ-yə daşınmaların həcmi hələ də minimaldır", - deyə o vurğulayıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin