XİN: İl ərzində normallaşma gündəliyi Azərbaycanın milli maraqlarına uyğun şəkildə irəlilə…
Icma.az bildirir, Azertag saytına əsaslanaraq. Bakı, 28 dekabr, AZƏRTAC 2024-cü il ərzində Ermənistan ilə Azərbaycan arasında bir-birinin su
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.Bildirilib
İl ərzində Azərbaycan tərəfindən irəli sürülmüş normallaşma gündəliyi birbaşa ikitərəfli danışıqlar yolu ilə ardıcıl, məqsədyönlü şəkildə Az
Qeyd edilib ki, tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib.
Nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb.
İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib.
İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 kilometrə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb.
Sözügedən razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub.
Tam oxu
Xəbəri oxu