XİN: Los Ancelesdəki Baş Konsulluq...

10.01.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


"Kaliforniyada davam edən yanğınlar səbəbilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər həyata keçirir".
Reyting.az
xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə açqıalma verib.
Onun sözlərinə görə, yanvarın 7-dən Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna məxsus sosial media hesablarında xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi yerləşdirilib: "Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb".

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью