XİN: Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailənin vəziyyəti yaxşıdır

10.11.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki Səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmvətənlərimiz yüngül xəsarət alıblar.

Məlumata görə, onların vəziyyətləri yaxşıdır: “Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью