XİN müavini əfqan həmkarı ilə görüşüb

03.07.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit-nəqliyyat, diplomatik, humanitar, konsulluq və digər sahələrdə əməkdaşlıq müzakirə olunub, əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.
Nazir müavini Elnur Məmmədov keçmiş münaqişə zamanı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini birmənalı dəstəklədiyi üçün minnətdarlığını ifadə edib.
Əfqanıstan nümayəndə heyətinin də iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammitinin əhəmiyyətinə toxunulub.
Mohammad Naim Vardak beynəlxalq tədbirlərdə iştirak üçün dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edərək, bu qəbildən olan təşəbbüslərin ölkələr arasında dialoqun və qarşılıqlı anlaşmanın təşviq etdiyini vurğulayıb.
Tərəflər həmçinin regionda cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью