XİN Nikol Paşinyana cavab verib

14.11.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyana cavab verib.

Avtosfer.az xəbər verir ki, XİN sözçüsü bununla bağlı “X” platformasında paylaşım edib.

Ayxan Hacızadə bildirib ki, Paşinyanın guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması barədə ötən gün Parlamentdə dediklərinin əsası yoxdur.

XİN sözçüsü qeyd edib ki, Nikol Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью