XİN Pakistana başsağlığı verdi

09.11.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistandakı dəmiryolu stansiyasında törədilən terror hadisəsi ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, XİN bu haqda “X” hesabında paylaşım edib.

“Bu gün Pakistandakı “Quetta” stansiyasında baş verən qorxunc terror aktını qətiyyətlə qınayırıq. Bu dəhşətli hücumda həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzulayırıq”, - paylaşımda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью