XİN Pakistanda baş verən terror aktlarını pisləyib

01.02.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

APA xəbər verir ki, bu barədə nazirliyin "Facebook" səhifəsində məlumat yayılıb.
"Həlak olanların ailələrinə ən dərin başsağlığımızı bildirir, qardaş Pakistan xalqına və Pakistan Hökumətinə səmimi hüzn və həmrəyliyimizi ifadə edirik. Yaralananlara tezliklə və tam sağalma arzulayırıq. Bu çətin zamanda Pakistanla həmrəy olduğumuzu bildirir və terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq səylərə qəti dəstəyimizi bir daha təsdiqləyirik", - məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью