XİN: “Polşa prezidentinin “binokl şousu”nda iştirakı təəssüfedicidir” Video

27.11.2024

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


“Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı missiyasının üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında sərhəd bölgəsinə səfəri təəssüf ki, Aİ-yə üzv müxtəlif ölkələrin və Avropa institutlarının anti-Azərbaycan siyasətinin daha bir nümayişidir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında dərc etdiyi məlumatda qeyd olunur.
“Azərbaycanın rəsmi olaraq “strateji tərəfdaşı” olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik “binokl şousunda” iştirak etməsindən dərin təəssüf hissi keçiririk.
Azərbaycan rəsmilərini Polşanın Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinə göndərilən çoxsaylı mesajlarına baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib. Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”, - XİN-in məlumatında qeyd olunur.
Qeyd edək ki, A.Duda Ermənistanda rəsmi səfərdədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью