Icma.az, Operativmedia saytına istinadən bildirir.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin yaydığı bəyanatda deyilir.
"Polşa Prezidentinin bu addımından dərin təəssüf hissi keçiririk. Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə çoxsaylı mesajlar göndərməsinə baxmayaraq, Polşa tərəfi bu təxribat xarakterli addımdan çəkinməyib.
Azərbaycan bu qeyri-dost hərəkətə qarşı lazımi diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır", - məlumatda qeyd olunub.