XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi | Icma.az
Axar.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olu
Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfir Əhməd Metani etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfir Əhməd Metanini təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərqdə və Qəzzada təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional sülh və quruculuq səyləri müzakirə olunub.
Azərbaycan-Fələstin əməkdaşlığının bir sıra, xüsusilə siyasi, iqtisadi-ticarət, mədəni, humanitar sahələr üzrə inkişafından bəhs olunub, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin mövcudluğu qeyd edilib.
Tərəflər Yaxın Şərqdə və xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə ediblər.
Qəzzada atəşkəsin qorunmasının vacibliyi, humanitar problemlərin həllinin əhəmiyyət kəsb etdiyi, Azərbaycanın İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq “iki dövlət prinsipi” əsasında həllini dəstəklədiyi bir daha qeyd edilib.
Tam oxu
Xəbəri oxu