Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İsrail Müdafiə Qüvvələrinin Suriya ərazisində mövcudluğu müvəqqətidir".
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar mətbuat konfransında deyib.
O bildirib ki, İsrail qüvvələrinin Suriya ərazisindəki mövcudluğu Bəşər Əsədin devrilməsi ilə yaranan qarışıqlıq dövründə İsrailin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan məhdud, müvəqqəti bir addımdır.
"Bizim yeganə marağımız İsrailin təhlükəsizliyidir", - deyə XİN rəhbəri qeyd edib.