XİN rəhbəri: Qarşıdakı 4 ildə ABŞ la qarşılıqlı maraqlar əsasında formalaşmış münasibətlər görəcəyik

20.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin Demokratlar administrasiyası tərəfindən bir günlük antiterror əməliyyatından sonra 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair addımların atılmaması, eləcə də Azərbaycanı cəzalandırmaq niyyətlərini gördük.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bundan sonra ABŞ-də 4 il ərzində Respublikaçılar hakimiyyətdə olacaq. Biz fərqli yanaşma müşahidə edəcəyik. Güman edək ki, burada biz yanaşma fərqini, Azərbaycanla ABŞ arasında qarşılıqlı maraqlar əsasında formalaşmış münasibətlər görəcəyik”, - nazir qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью