XİN rəhbərləri əməkdaşlığı müzakirə ediblər

27.11.2025

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və San Marino XİN rəhbərləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində San Marino Respublikasının xarici işlər, siyasi məsələlər, beynəlxalq iqtisadi əməkdaşlıq naziri Luka Bekkari ilə görüşüb.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Azərbaycan-San Marino münasibətlərinin müsbət dinamikasını müzakirə edərək, siyasi dialoqun genişləndirilməsi, turizm, humanitar mübadilə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını vurğulayıblar.

Görüşdə, həmçinin regional hadisələr, o cümlədən Azərbaycanın sülh səyləri və münaqişədən sonrakı bərpası, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью