XİN Rusiyaya başsağlığı verdi

24.07.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycan Xarici İşlər Nazirliyi Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında ismarış yerləşdirilib.

“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında deyilir. Toyuqlu pizza

Xatırladaq ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью