XİN: Soyqırımı cinayətinin qarşısının alınmasına sadiqliyimizi bir daha təsdiqləyirik

27.01.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Xarici İşlər Nazirliyi 27 yanvar – Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda bəşəriyyət tarixində ən ağır vəhşiliklərdən birinin qurbanları dərin hüznlə yad edilir.

“Biz soyqırımının və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına, dini və etnik nifrətə, eləcə də dözümsüzlüyün bütün formalarına qarşı mübarizəyə sadiqliyimizi bir daha təsdiqləyirik”, - paylaşımda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью