XİN sözçüsü: Azərbaycan arbitraj proseslərində də Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün səylərini davam etdirəcək

13.11.2024

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Biz hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda, arbitraj prosesləri çərçivəsində də Ermənistanın müvafiq qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.

XİN rəsmisi qeyd edib ki, bu proses davamlı prosesdir, təqribən 2-3 il ərzində davam edəcək, konkret tarix demək çətindir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью