XİN vakansiya elan etdi

23.01.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın Xarici İşlər Nazirliyi inzibati vəzifənin tutulması üzrə ümumi müsahibə elan edib.

Sfera.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, vakant inzibati vəzifə Xarici İşlər Nazirliyinin Əmlakların idarə olunması və informasiya təhlükəsizliyi idarəsində İnformasiya mübadiləsinin təminatı şöbəsinin baş məsləhətçisi vəzifəsidir.

2025-ci il 21 fevral saat 18:00 sənədlərin qəbulu üçün müəyyən edilmiş son tarixdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью