Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Quba, 6 noyabr, AZƏRTAC
Ötən gün axşam saatlarından başlayaraq Şimal bölgəsində hava şəraiti kəskin dəyişib, dağlıq ərazilərə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar əsasən Quba, Qusar və Xızı rayonlarının dağlıq kəndlərində qeydə alınıb.
Xınalıq kənd sakinlərinin bölgə müxbirinə verdiyi məlumata görə, səhər saatlarında kənddə qar örtüyünün qalınlığı 15 santimetrə çatıb.
Qar yağması ilə əlaqədar bölgənin dağlıq ərazilərində havanın temperaturu aşağı düşərək mənfi göstəricilərə enib.
Müxbir – Elxan Yusifli