Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dekabrın 2-si gecə saatlarından başlayaraq Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə düşüb. Qrız kəndində qarın hündürlüyü 2, Xınalıqda 1 santimetrdir.
Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.