Xınalıq yolunda sürüşmə olub (Video)

15.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Qubanın Xınalıq kəndinə gedən yolda sürüşmə olub, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sözügedən ərazidə yamacda baş vermiş sürüşmə nəticəsində təhlükəli vəziyyət yaranıb.

Yolda yaranmış vəziyyətlə bağlı Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, ərazidə hər iki istiqamət üzrə müvafiq xəbərdaredici və istiqamətləndirici yol nişanları quraşdırılıb, hərəkət iştirakçıları alternativ marşrut kimi Alpan-Susay-Xınalıq yolu istiqamətinə yönləndiriliblər. Görülən işlərlə bağlı yerli icra strukturları, bələdiyyə nümayəndələri və yol polisi əvvəlcədən məlumatlandırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью