XİNdən ABŞ səfirliyinə cavab

23.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib.

Axar.az xəbər verir ki, bu barədə Ayxan Hacızadə X hesabında paylaşım edib.

'Bir sözlə, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.

Görünən odur ki, ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır", - Ayxan Hacızadə vurğulayıb.

Qeyd edək ki, ABŞ səfirliyi AzTV-nin tənqidi süjetinə reaksiya vermişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью